www.vivo-book.com
340
– YaxĢı, ser. Biz yerə enən kimi mən sizin yanınıza
qayıdacağam.
Təyyarə yavaĢ-yavaĢ enməyə baĢladı. Mən tualetə
getdim və bir neçə kağız dəsmalı islatdım. Sonra geri
qayıtdım, Temminin yanına oturdum və nəm dəsmalla onun
üzünü silməyə baĢladım. Onun üzündəki bütün makiyaj
silinərək hədər oldu. Temmi mənim etdiklərimə heç bir
reaksiya vermirdi.
– Sürtüyün biri, oyan görüm!
Mən yaĢ dəsmalı onun döĢlərinin arasında gəzdirdim.
Heç nə. Tam hərəkətsizlik. Axırda yorulub ondan əl çəkdim.
Onun cansız cəsədini bir yol tapıb geri göndərməli
olacaqdım. Bütün bunları onun anasına izah etməli
olacaqdım. Onun anası mənə nifrət edəcəkdi.
Biz yerə endik. Ġnsanlar yerlərindən qalxdılar və
təyyarədən enmək üçün sıraya düzülərək növbə gözləməyə
baĢladılar. Mən isə tərpənmədən öz yerimdə oturmuĢdum.
Mən gah Temmini silkələyir, gah da onu çimdikləyirdim.
– Artıq Nyu Yorl Sitidəyik, Kürən. Səni çürük alma.
Artıq özünə gəl. Qurtar bu zibili.
|