www.vivo-book.com
343
çətin deyildi. O özünü ədəbaz və nəzakətli aparırdı. Elə bil
adam yox, suyun hamarladığı çay daĢı idi.
– Ġndi biz sizi qalacağınız yerə aparacağıq, – o dedi.
O məğrur bir görkəm alaraq mənim otelimdə qalan
adamların uzun siyahısını təmtəraqla sadaladı. Adları
çəkilən adamların bəzilərini tanısam da, bəzilərini tanıya
bilmədim.
Qari maĢını “Çelsi” otelinin qarĢısındakı boĢalma
zonasına sürdü. Biz maĢından düĢdük. Qari dedi:
– Bədii qiraətdə görüĢərik. Və sabah görüĢənədək.
MarĢal bizi otelin içinə apardı. Biz otelin qeydiyyat
məmuruna yaxınlaĢdıq. “Çelsi” açıq-aĢkar elə də bahalı bir
otel deyildi. Onun cazibəsi bəlkə də məhz bundan
qaynaqlanırdı.
MarĢal çevrilərək otağın açarını mənə verdi.
– 1010 nömrəli otaq, bir vaxtlar Venis Coplinin qaldığı
otaqdır.
– Sağ olun.
– 1010 nömrəli otaqda bir çox görkəmli sənətkarlar
qalıb.
|