www.vivo-book.com
344
O bizi balaca liftin qarĢısına qədər ötürdü.
– Bədii qiraət saat 8-də baĢlayacaq. Mən sizi götürmək
üçün 7:30-da gələcəyəm. Bütün biletlər iki həftə bundan
əvvəl artıq satılıb qurtarıb. Biz bir az ayaq üstü yerlər üçün
də biletlər satırıq, amma yanğınsöndürmə idarəsinin bizi
cərimələməməsi üçün ehtiyatlı olmalıyıq.
– MarĢal, buraya ən yaxın içki dükanı harada yerləĢir?
– AĢağı mərtəbəyə enin və dərhal sağa dönün.
Biz MarĢal ilə sağollaĢdıq və liftə minərək yuxarı
qalxdıq.
62
Həmin axĢam, bədii qiraət zamanı çox isti idi. Tədbir
Əziz Mark kilsəsində keçirilirdi. Temmi ilə mən qrim otağı
kimi istifadə edilən bir məkanda oturmuĢduq. Temmi öz
boyuna uyğun divara söykədilmiĢ böyük bir güzgü tapdı və
onun qarĢısına keçib saçlarını daramağa baĢladı. MarĢal
məni kilsənin arxa həyətinə çıxardı. Onlar orada
qəbiristanlıq salmıĢdılar. Sementdən düzəldilmiĢ balaca
baĢdaĢıları torpağın üstündə bərkidilmiĢdi və onların
üstündə yazılar oyulmuĢdu. MarĢal məni ətrafda gəzdirir və
|