www.vivo-book.com
342
61
Qari isə durmadan avtomat kimi elə hey püləyirdi.
– Əgər etiraz eləmirsənsə, mən səninlə söhbətimi bir
radio Ģousu üçün lentə yazmaq istərdim, səndən müsahibə
də alardım.
– Ola bilər, Qari, bəlkə sabah bədii qiraətdən sonra.
– Ġndi mən sizi poeziya üzrə koordinator ilə görüĢə
aparacam. O hər Ģeyi artıq təĢkil edib. Özü sizə harada
qalacağınızı və digər vacib məsələləri izah edəcək. Onun adı
MarĢal Bençlidir, amma ondan zəndeyi-zəhləm getdiyini
sizə söylədiyimi ona deməyin ha.
Biz yolumuza davam etdik və sonra qum daĢından
tikilmiĢ dəbdəbəli bir malikanənin önündə dayanmıĢ MarĢal
Bençlini gördük. Həmin yerdə avtomobilin saxlanılması
qadağan idi. O cəld bir hərəkətlə sıçrayaraq maĢına mindi və
Qari dərhal yoluna davam etdi. Bençli, həqiqətən, Ģairə
bənzəyirdi. Özü də dolanıĢıq qazanmaq üçün heç vaxt
iĢləmək məcburiyyətində qalmayan və Ģəxsi qazanc mənbəyi
olan Ģairə: onun xarici görünüĢündən bunu baĢa düĢmək