www.vivo-book.com
345
baĢdaĢlarında oyulmuĢ yazıları göstərirdi. Bədii qiraət
öncəsi mən həmiĢə həyəcan keçirirəm, çox gərgin oluram və
qanım qaralır. Mən demək olar ki, hər dəfə qiraətdən əvvəl,
həyəcanımdan qusurdum. Ġndi də belə oldu. Mən
qəbirlərdən birinin üstünə qusdum.
– Siz elə indicə Piter Stuyvesantın üstünə qusdunuz, –
MarĢal dedi.
Mən yenidən qrim otağına qayıtdım. Temmi hələ də
güzgüdə özünə baxırdı. O öz üzünə və bədəninə tamaĢa
edirdi. Onu həmiĢəki kimi ən çox narahat edənsə saçları idi.
O saçlarını baĢının üstündə topladı və bir qədər bu
vəziyyətdə necə göründüyünə tamaĢa edəndən sonra yenə
saçlarını açaraq aĢağı tökdü.
MarĢal baĢını qapıdan içəri saldı.
– Artıq vaxtdır, gəlin, onlar sizi gözləyirlər!
– Temmi hələ hazır deyil, – mən ona dedim.
Sonra Temmi yenə saçlarını baĢının üstündə topladı və
bir də necə göründüyünə baxdı. Sonra yenə aĢağı tökdü.
Sonra o güzgüyə lap yaxınlaĢdı və öz gözlərinə baxdı.
MarĢal qapını döydü və otağa daxil oldu.
|