www.vivo-book.com
341
Stüardessa yanımıza gəldi və o da Temmini silkələdi.
– Əzizim, sənə nə olub?
Temmi tərpənməyə baĢladı. O qımıldandı, sonra isə
gözlərini açdı. Bütün məsələ, sən demə yeni bir səsdə imiĢ.
Daha heç kim köhnə səsə qulaq asmaq istəmirmiĢ. Köhnə
səslər, barmağındakı dırnaq kimi, sənin bədəninin bir
hissəsinə çevrilirmiĢ. Temmi öz güzgüsünü çıxardı və
saçlarını daramağa baĢladı. Stüardessa əli ilə onun çiynini
Ģappıldatdı. Mən yerimdən qalxdım. Temminin paltarlarını
baĢımızın üstündəki baqaj bölməsindən götürdüm. Kağız
torbalar da elə oradaydılar. Temmi isə güzgüyə baxaraq
saçlarını daramağa davam edirdi.
– Temmi, biz artıq Nyu-Yorl Sitidəyik. Gəl təyyarədən
düĢək.
O cəld hərəkət etməyə baĢladı. Mənim əlimdə kağız
torbalar və paltarlar vardı. Temmi sağrılarını oynada-oynada
oturacaqların arası ilə çıxıĢa tərəf addımladı. Mən də onun
arxasınca gedirdim.
Dostları ilə paylaş: |