www.vivo-book.com
349
Morze yenə otaqda gözəgörünməz rəqibə bir neçə
yumruq zərbəsi endirdi.
– Mənim ayaqlarıma baxın! – o dedi. – Mənim çox əla
ayaqlarım var.
– Henkin ayaqları səninkilərdən daha gözəldir, –
Temmi dilləndi.
Ayaqları ilə məĢhur olan bir adam kimi, mən baĢımı
yırğaladım.
Morze keçib yerinə oturdu. Əlindəki pivə ĢüĢəsi ilə
Sedini göstərdi.
– O tibb bacısı iĢləyir. O məni saxlayır. Lakin bir gün
mən öz hədəfimə nail olacam. Mənim haqqımda eĢitməyən
qalmayacaq!
Morzenin bədii qiraət zamanı yəqinmikrofona ehtiyacı
olmazdı.
O dönüb mənə baxdı.
– Çinaski, sən dövrümüzdə hələ də yaĢayan ən yaxĢı
iki, ya da üç Ģairdən birisən. Bu iĢ, həqiqətən, sənin əlindən
gəlir. Sənin misraların çox gözəl alınır. Amma mən də çox
|