www.vivo-book.com
35
– Pis deyil. Mən əməlli-baĢlı acmıĢdım.
– Onlar buterbrodları çox əla hazırlayırlar. Yenə nəsə
bir Ģey istəyirsənmi?
– Hə, Ģokolad pis olmazdı.
– Hansından istəyirsən?
– Eh nə fərqi var. Nə olur-olsun, bircə yaxĢısı olsun.
Mən öz buterbrodumdan bir diĢlək aldım, Koka-
Kolamdan içdim, sonra onları yerə qoydum və dükana tərəf
addımladım. Ona seçim imkanı vermək üçün iki fərqli
Ģokolad plitkası aldım. Dükandan çıxıb geri qayıdanda,
hündür boylu bir zənci oğlanın bizim təpəciyimizə tərəf
hərəkət etdiyini gördüm. Həmin gün hava əməlli-baĢlı soyuq
olsa da, zənci oğlan köynəyini soyunmuĢdu və onun oynaq
əzələli bədəni vardı. Xarici görünüĢünə baxıb onun iyirmi
yaĢlarında olduğunu təxmin etmək olardı. Çox asta və
qamətini dik tutaraq hərəkət edirdi. Onun nazik uzun boynu
vardı, sol qulağında da qızıl sırğa asılmıĢdı. O, təpəciyin
okeana baxan tərəfi ilə qumluqla Lidiyanın önündən keçib
getdi. Mən təpəciyə gəldim və Lidiyanın yanında oturdum.
– O oğlanı gördünmü? – Lidiya məndən soruĢdu.
|