www.vivo-book.com
356
dollarım var. Amma bu onun heç vecinə də olmadı.
Harlemdə yaĢayan pozğun cuhud! Mən də pivədən içə
bilərəmmi?
Temmi bir ĢüĢə pivə götürdü və pəncərədə oturdu. Bir
ayağı ilə bir əlini bayıra çıxarmıĢ, o biri ayağını içəridə
saxlayaraq o biri əli ilə pəncərənin yuxarı qaldırılmıĢ
haĢiyəsindən yapıĢmıĢdı.
– Mən Azadlıq Heykəlinə baxmaq istəyirəm. Koni
Aylendi görmək istəyirəm, – o dedi.
Mən yeni bir pivə ĢüĢəsi götürdüm.
– Ah, bura necə də gözəldir. Gözəl və sərin.
Temmi harasa baxaraq pəncərədən çölə uzandı.
Sonra isə bağırmağa baĢladı.
Onun pəncərənin haĢiyəsindən tutduğu əli sürüĢmüĢdü.
Onun bədəninin böyük bir hissəsinin ləngər vuraraq
pəncərədən çölə necə əyildiyini gördüm. Sonra bədən geri
qayıtdı. Necəsə o öz müvazinətini qorumağa və bədənini
geri çəkməyə müvəffəq olmuĢdu. Özünü itirmiĢ halda
pəncərədə oturduğu yerdə qaldı.
|