www.vivo-book.com
364
– Bu dəfə çox içmə, Henk. Çox kefli olanda sözləri
necə yediyini və misraları bəzən buraxdığını özün də
bilirsən.
– Nəhayət ki, – mən dedim, – sən də ağıllı bir söz
söylədin.
– Sən tamaĢaçılardan qorxursan, düz demirəmmi?
– Hə, amma bu səhnəyə çıxmaq qorxusu deyil. Mən
səhnədə axmaq kimi görünməkdən qorxuram. Axı onlar
mənim öz poxumu necə yediyimə tamaĢa etməyi xoĢlayırlar.
Lakin bütün bunlar mənə evimin iĢıq pulunu ödəməyə
yardım edir və məni at yarıĢlarına götürür. Bunu nə üçün
etdiyimə bəraət qazandırmaq fikrində deyiləm.
– Mən özüm üçün “NeĢtər” sifariĢ edəcəm, – Temmi
dedi.
Ofisiant qıza bizim üçün “NeĢtər” və “Tumurcuq”
7
gətirməsini sifariĢ etdim.
– Bu gecə mənimlə heç bir problem olmayacaq, –
Temmi dedi, – mənim üçün narahat olma.
7
Ġçki adlarıdır