www.vivo-book.com
372
ki divarlar tərpəndi. AlqıĢlar zamanı dörd-beĢ nəfər dava
edirdilər. Mənim bəxtim gətirməliydi. Bu anda mənim
öhdəmdə yalnız bir Ģey vardı: səhnənin yaratdığı gərginliyə
dözmək.
Onları heçə saymaq olmaz, amma onların götünə də
girmək lazım deyil. Bu ikisinin arasında bir mövqe tutmaq
lazım idi.
Mən bir neçə Ģeir də oxudum, bir az pivə içdim və
nəhayət dəmləĢdim. Artıq sözləri düzgün oxumaqda çətinlik
çəkirdim, misraları ötürürdüm və Ģeir yazılmıĢ vərəqləri
əlimdən yerə salırdım. Sonra ümumiyyətlə Ģeir oxumağı
dayandırdım və sadəcə, səhnədə oturub pivə içməyə
baĢladım.
– Hə, bu lap əladır, – mən onlara dedim, – siz pul
ödəmisiniz ki, mənim necə kefləndiyimə tamaĢa edəsiniz.
Amma bir qədər səy göstərib bir neçə Ģeir də oxudum.
Nəhayət bir neçə dənə də ədəbsiz Ģer oxuyandan sonra,
qiraəti bitirdim.
– Hə, bu qədər yetər, – mən dedim.
|