www.vivo-book.com
380
O içəri keçib oturdu.
– Böyük iĢ olub bəyəm? Biz bir ĢüĢə “marqarita” içdik.
Sonra da mənim qardaĢım çıxıb getdi. Filbert özünü çox
yaxĢı aparırdı. O dinməzcə oturmuĢdu, demək olar ki, heç
ağzını açıb bir kəlmə belə söyləmədi. “Evə necə getməyi
düĢünürsən?” – deyə ondan soruĢdum, – “Sənin maĢının
varmı?” O da cavab verdi ki, yox. O dinməzcə oturub
matdım-matdım mənə baxırdı və mən də dedim: “Amma
mənim maĢınım var və səni evinə mən apara bilərəm”. Və
onu evinə apardım. Necə oldusa, daha onun evinəcən
gəldiyimə görə onunla birlikdə yatağa girdim. Mən əməlli-
baĢlı sərxoĢ olsam da, o mənə heç barmağını da
toxundurmadı. Mənə dedi ki, səhər tezdən iĢə getməlidir, –
Temmi güldü. – Gecə yarısından sonra bir neçə dəfə mənə
yaxınlaĢmağa cəhdlər elədi, amma mən yastığı baĢımın
üstünə çəkib gülməyə baĢlayırdım. BaĢımı yastığın altında
gizlədib elə hey gülür, uğunub gedirdim. Sonra o bezərək
məndən əl çəkdi. O iĢə gedəndən sonra mən maĢınıma
oturub anamgilə getdim və Densini oardan götürüb məktəbə
apardım. Və indi də bax mən artıq burdayam...
|