www.vivo-book.com
379
Mən isə iĢıqları yandırmadan oturub içirdim. Təxminən
bir saat keçdi. Hələ qaranlıqda titrəyən Ģam iĢığını görə
bilirdim. Dönüb ətrafa baxdım, Temmi öz ayaqqabılarını
mənim evimdə unutmuĢdu. Mən onları da götürüb
pilləkənlərlə qalxdım. Onun qapısı açıq olduğundan mən
onun Filbertə dediklərini eĢitdim...
– Nə olursa, olsun mənim demək istədiyim bax...
O mənim pilləkənlər ilə yuxarı qalxdığımı eĢitdi.
– Henri bu sənsən?
Pilləkənlərin
qalan
hissəsindən
Temminin
ayaqqabılarını yuxarı tolazladım. Onlar düz qapının önünə
düĢdülər.
– Sən öz ayaqqabılarını unutmusan, – dedim.
– Ah, Allah səndən razı olsun, – deyə o cavab verdi.
Ertəsi gün səhər təxminən saat 10:30-da Temmi mənim
qapımı döydü. Qapını açdım.
– Ay səni lənətə gəlmiĢ çürük sürtük.
– Mənimlə belə danıĢma, – o dedi.
– Pivə istəyirsənmi?
– Hə, pis olmaz.
|