www.vivo-book.com
378
– Onları burdan rədd eləməyimi istəyirsənmi?
– Hə, yaxĢı olardı.
Temmi oğlanların yanına qayıtdı.
– Bura baxın, uĢaqlar, biz niyə mənim evimə getmirik
axı?
Mən ondan bunu gözləmirdim.
Temmi, deyəsən, iĢıq pulu ödəməyi yaddan çıxarmıĢdı,
ya da ödəmək istəmirdi, bilmirəm, amma onlar yuxarı qalxıb
Ģam iĢığında oturmuĢdular. Temmi mənim həmin gün
onunla birlikdə gəziĢərkən aldığım bir kvinta qarıĢdırılmıĢ
“marqarita” kokteylini də özü ilə yuxarı aparmıĢdı.
Mən evdə oturub təkbaĢına içirdim. Növbəti pivəni
mədəmdə saxlamağa müyəssər oldum.
Onların yuxarıdakı söhbətini eĢidə bilirdim.
Bir qədər sonra Temminin qardaĢı çıxıb getdi. Mən
onun ay iĢığında öz maĢınına tərəf getdiyini müĢahidə
etdim....
Ġndi Temmi ilə Filbert yuxarıda Ģam iĢığında yalnız
qalmıĢdılar.
|