www.vivo-book.com
375
– Mən qadınlar otağına getməliyəm.
Və getdi.
Marti ilə mən orada oturmuĢduq. Təxminən on dəqiqə
keçdi. Marti yerindən qalxdı və dedi:
– Burda gözlə indi gəlirəm.
Mən orada oturub gözləyirdim, 5 dəqiqə, 10 dəqiqə.
Sonra ofisdən və arxa qapıdan keçərək küçəyə çıxdım.
Ordan da maĢın dayancağına getdim və “Folkvagen”imin
içinə girib oturdum. On beĢ dəqiqə keçdi, sonra 20, 25.
Onu beĢ dəqiqə də gözləyəcəm, əgər gəlməsə çıxıb
gedəcəm, deyə düĢündüm.
Elə həmin an Marti ilə Temmi arxa qapıdan keçərək
küçəyə çıxdılar.
Marti məni ona göstərib dedi:
– Bax o oradadır.
Temmi mənə yaxınlaĢdı. Onun əynindəki paltarlar it
günündəydi, tamam qırıĢmıĢdı. O, maĢına arxa qapıdan
mindi və bir küncdə büzüĢərək oturdu.
ġosse ilə gedərkən, mən bir neçə dəfə yolumu azdım.
Nəhayət, öz həyətimin önündə maĢını bir kənara verib
|