www.vivo-book.com
373
Onlar qıĢqır-bağır salaraq yenə məndən Ģeir oxumamı
tələb etdilər.
Sallaqxanadakı uĢaqlar, “Searz Roubak”dan olan
uĢaqlar, mənim uĢaq ikən, elə böyük vaxtımda da iĢlədiyim
bütün ambarların iĢçiləri bu gün baĢ verənlərə heç vaxt
inanmazdılar.
Ofisdə bizi daha çox içki və bir neçə marixuana
doldurulmuĢ siqaret gözləyirdi. Marti daxili telefonla zəng
edib yığılan məbləğ haqqında maraqlandı.
Temmi gözlərini Martiyə zilləmiĢdi.
– Sən mənim xoĢuma gəlmirsən, – o dedi, – sənin
gözlərin də heç xoĢuma gəlmir.
– Onun gözləri qoy səni narahat eləməsin, – mən ona
dedim, – gəl pullarımızı da götürüb burdan sürüĢək.
Martı bir çek yazıb mənə verdi.
– Buyur, – o dedi, – 200 dollar...
– 200 dollar! – Temmi ona ucadan bağırdı. – Ay səni
çürük sürtük balası!
Mən çekdə yazılanları oxudum.
|