www.vivo-book.com
374
– O zarafat edir, – mən Temmini sakitləĢdirməyə
çalıĢdım, – sakitləĢ.
Temmi mənə məhəl qoymadı.
– 200 dollar! – Temmi Martiyə dedi, – səni murdar...
– Temmi, – mən dedim, – burada 400 dollar yazılıb...
– Çekə imza at, Marti dedi, – və mən sənə nağd pul
verəcəyəm.
– Mən orda əməlli baĢlı dəmləĢmiĢdim, – Temmi mənə
dedi. Oradakı oğlandan soruĢdum: “Öz bədənimi sizin
bədəninizə söykətsəm, etiraz etməzsiniz ki?” O da deyir:
“YaxĢı.”
Çeki imzaladım və Marti mənə bir dəstə nağd pul
verdi. Mən də onları cibimə basdım.
– Bura bax, Marti, məncə biz burdan getsək yaxĢıdı.
– Sənin gözlərinə nifrət edirəm, – Temmi Martidən heç
cür əl çəkmək istəmirdi.
– Bəlkə bir az da qalasan bir balaca dərdləĢək? – deyə
Marti məndən soruĢdu.
– Yox, biz getməliyik.
Temmi ayağa qalxdı.
|