www.vivo-book.com
362
– YaxĢı, mən belə baĢa düĢdüm ki, bizim aramızda
artıq hər Ģey bitib. Ġki gün sonra burada oturmuĢdum, klubda
iĢim vardı, ona görə də, gecə saat üçdə sərxoĢ halda yenə
əynimdə yalnız qısa tumanla burda oturmuĢdum. Qapını
kimsə döydü. Bu onun qapı tıqqıldatması idi. Mən qapını
açıram və qapı dalında yenə də heç kim yoxdur. Bayıra
maĢınıma baxmağa çıxıram və görürəm ki, o bu dəfə daha
çox paltarı benzinlə isladaraq yandırıb. Deməli birinci
dəfədən geriyə bir az paltar saxlayıbmıĢ. Bu dəfə paltarları
kapotun üstündə yandırmıĢdı. Yenə hardansa qəfil peyda
olub bağırmağa baĢlayır. QonĢular səsi eĢidib pəncərədən
çölə baxırlar. Yenə mən bircə alt tumanda maĢını kapotunun
üstündə yanan paltarları yerə tökməyə çalıĢıram.
– Əladır, heyf ki, bütün bunlar mənim baĢıma
gəlməyib.
– Bircə mənim yeni maĢınımın halını görəydin.
MaĢının kapotu və damının səthindəki bütün boya
qabarcıqlar ilə dolu idi.
– Bəs indi o hardadır?
|