www.vivo-book.com
360
Los-Ancelesə geri qayıdandan sonra, evimdə, demək
olar ki, bir həftə sülh və əmin-amanlıq hökm sürdü. Sonra
isə telefon zəng çaldı. Zəng vuran Manhattan Biçdəki gecə
klubunun sahibi Marti Siverz idi. Orada artıq bir neçə dəfə
bədii qiraət keçirmiĢdim. Klubun adı “Smak-Hay” idi.
– Çinaski, gələn cümə günündən baĢlayaraq, mənim
klubumda bir həftə bədii qiraətlə çıxıĢ eləməyini istəyirəm.
Təxminən 450 dollar qazana bilərsən.
– YaxĢı.
Orada rok qruplar çıxıĢ edirdilər. Onların tamaĢaçıları
kolleclərdəkilərdən fərqlənirdilər. Onlar da mənim kimi
dözülməz məxluqlarıydılar və Ģeirlərin arasındakı fasilələrdə
bir-birimizi söyürdük. Onlar mənim daha çox xoĢuma
gəlirdilər.
– Çinaski, – Marti dedi, – Elə bilirsən ki, qadınlarla
yalnız sənin problemlərin var. Qoy mən sənə danıĢım, sən
də qulaq as. Ġndi mənimlə olan qadın pəncərə və pərdələrlə
qəribə Ģəkildə davrana bilir. Mən rahatca yatanda, bir də
görürsən səhər saat 3-də, ya da 4-də mənim yataq otağımda
peyda olur. Silkələyərək məni oyadır. Bəzən məni elə