www.vivo-book.com
367
Marti daxili telefonun dəstəyini qaldırdı və bir nömrə
yığdı.
– Bura bax, – o dedi, – o adam, oxuduğu kimi, özü də
zibildirmi?
Xəttin o biri ucundakı qadının səsi dəstəkdən eĢidilirdi:
– O qorxuncdur.
Marti dəstəyi asdı.
– Biz Çinaskini istəyirik! – zaldakı tamaĢaçıların
bağırtıları eĢidildi.
– YaxĢı, – Dinkinin dediyini eĢitdik, – səhnəyə məndən
sonra Çinaski çıxacaq.
O yenə oxumağa baĢladı. TamaĢaçılar sərxoĢdular.
Onlar qıĢqır-bağır salır və fit çalırdılar. Dinki isə mahnısını
oxumağa davam edirdi. O öz mahnısını bitirdi və səhnədən
getdi. Heç vaxt qabaqcadan bilmək olmur. Bəzi günlər
evdən çıxmayaraq yataqda qalmaq və yorğanı baĢına
çəkmək daha yaxĢı olur.
Qapı döyüldü. Gələn Dinki idi, ayağında qırmızı, ağ və
mavi rəngli tennis ayaqqabıları, əynində ağ qısaqollu
köynək, baĢında isə qaytanlı fetr Ģlyapa. ġlyapa onun sarıĢın
|