www.vivo-book.com
427
dayanıb tamaĢa eləyə və hətta sənin üstünə tüpürə də
bilərlər.
– Sesiliya əla qadındır.
Hava daha da qaralırdı.
– Gəl bir az da pivə içək, – mən təklif elədim.
Biz oturub pivə içməyə baĢladıq. Hər tərəf, həqiqətən,
qaranlıqlaĢdı və elə həmin vaxt güclü külək əsməyə baĢladı.
Biz çox danıĢmırdıq. Yenə görüĢdüyümüzə görə mən çox
sevinirdim. Bu adamın içində pislik çox az idi. O çox
yorulmuĢdu, bəlkə də buna görə. ġeirləri ilə ABġ-da onun
heç vaxt bəxti gətirməmiĢdi. Avstraliyada isə onu çox
sevirdilər. Bəlkə də onu burada bir gün kəĢf edəcəkdilər,
bəlkə də yox. Bəlkə də 2000-ci ilə qədər kəĢf ediləcəkdi.
Bəstə boylu, dolu və möhkəm bədənli adam idi. Ona
baxanda baĢa düĢürdün ki, istəsə sındırar, baĢa düĢürdün ki,
o həyatı görüb, orada olub. Ondan çox xoĢum gəlirdi.
Biz sakitcə oturub içirdik. Birdən telefon zəng çaldı.
Yenə Sesiliya idi. Tornado bitmiĢ, ya da yan keçmiĢdi. Bill
öz dərsinə getməyə hazırlaĢırdı. Mən isə həmin axĢam bədii
|