www.vivo-book.com
429
– Sən balaca toppuĢ Ģeysən. Qoy sənə itələyim.
– Sən sərxoĢsan, Henk.
– Hə, düz deyirsən. Yaddan çıxar.
75
Həmin axĢam daha bir pis bədii qiraətlə çıxıĢ etdim.
Vecimə də deyildi. Heç onların da vecinə deyildi. Əgər Con
Kace bir alma yeməyə görə min dollar ala bilərsə, deməli
mən də limon almağıma görə 500 dollar üstəgəl bilet pulunu
qəbul edə bilərəm.
Qiraətdən sonra hər Ģey elə həmiĢəki kimi oldu. Balaca
tələbə qızlar öz cavan və hərarətli bədənləri və alıĢıb yanan
gözləri ilə mənə yaxınlaĢdılar və bir neçə kitabımı
imzalamağımı xahiĢ etdilər. Onlardan ən azı beĢini bir
gecədə sikmək istərdim. Sonra da onları öz sistemimdən
həmiĢəlik çıxarardım.
Bir neçə professor da mənə yaxınlaĢdı. Mənim belə
uzunqulaq olduğuma görə gülümsədilər. Bundan onların
ürəkləri təskinlik tapmıĢdı. DüĢünmüĢdülər ki, yazı
makinasının arxasında oturmağa onların da Ģansı olub.
|