www.vivo-book.com
453
– Sesiliya, sən XORULDUYURSAN!
– Ahmmm, ohmmm... üzr istəyirəm....
– YaxĢı, Sesiliya. Bu lap evlilikdə olduğu kimidir.
Səhər sənin iĢinə baxaram, ona qədər özümə gəlmiĢ olacam.
81
Məni nəsə bir səs yuxudan oyatdı. Dan yeri hələ tam
sökülməmiĢdi. Sesiliya ətrafda gəzərək əynini geyinirdi.
Mən öz saatıma baxdım.
– Səhər saat beĢdir. Sən neyləyirsən?
– GünəĢin doğuĢuna tamaĢa eləmək istəyirəm. GünəĢin
doğmasına baxmağı xoĢlayıram!
– Ġndi məlum oldu sən niyə içmirsən.
– Mən qayıdaram, sonra birlikdə səhər yeməyi yeyərik.
– Qırx ildir ki, mən səhər yeməyini yeyə bilmirəm.
– Mən günəĢin doğuĢuna tamaĢa eləməyə gedirəm,
Henk.
Ağzı qapaqlı pivə ĢüĢəsini tapdım. Pivə isti idi. Onu
açdım və bir neçə udum içdım. Sonra yenə yuxuya getdim.
Təxminən səhər saat 10:30-da qapı döyüldü.
|