www.vivo-book.com
451
– Ey, gecənin bu vaxtında hovuzda üzməyə icazə
verilmir! Hovuzun iĢıqları söndürülüb!
Mən tələsmədən ona tərəf üzdüm. Hovuzun kənarına
çatdım və baĢımı qaldırıb altdan-yuxarı ona baxdım.
– Bura bax, anası qəhbə, mən hər gün iki çəllək pivə
içirəm, amma özüm mən peĢəkar güləĢçiyəm. Təbiətim
etibarilə çox mərhəmətliyəm. Amma mən indi üzmək
niyyətindəyəm və istəyirəm ki, iĢıqları YANDIRSINLAR!
ELƏ BU DƏQĠQƏ! Səndən yalnız bir dəfə xahiĢ edirəm!
Mən üzərək ondan uzaqlaĢdım.
ĠĢıqlar yandı. Hovuz nura qərq oldu. Elə bil kimsə
sehrli çubuğunu fırlatmıĢdı. Mən araq ĢüĢəsinə tərəf üzdüm,
onu hovuzun kənarından götürdüm və ondan yaxĢı bir udum
aldım. ġüĢə demək olar ki, tamam boĢalmıĢdı. AĢağı baxdım
– Valeri ilə Bobbi suyun altında bir-birinin ətrafında sevgili
balıqlar kimi dövrə vururdular. Bu cür üzmək onlarda çox
əla alınırdı. Onların hərəkətləri əsnək və zərif görünürdü.
Necə də qəribə idi – ətrafımdakı hər kəs məndən cavan idi.
|