www.vivo-book.com
48
Kanzas Siti üzərində eniĢə baĢladıq. Pilot havanın
temperaturunun 20 dərəcə olduğunu dedi. Amma mən isə
əynimə özümün nazik Kaliforniya idman gödəkcəsini və
köynəyini, nazik Ģalvarlarımı, yay corablarımı, dəlikli
ayaqqabılarımı geyinmiĢdim. Biz yerə enib dayanacaq
yerinə tərəf hərəkət edərkən, hamı öz paltosuna, əlcək və
Ģərflərinə tərəf uzanırdı. Hamının təyyarədən düĢməsinə
imkan verəndən sonra, mən də portativ trap ilə aĢağı endim.
Orada bir fransızcığaz binaya söykənərək məni gözləyirdi.
Bu fransız dram sənətini tədris edir və kitablar toplayırdı,
əsasən də mənim kitablarımı.
– Kanzas ġitiyə xoĢ gəlmisiniz, Çinaski! – o dedi və
mənə bir ĢüĢə tekila uzatdı. Mən tekiladan böyük bir udum
aldım və sonra onun arxasınca avtoduracağına getdim.
Yanımda heç bir baqaj yox idi. Bircə içi Ģeirlərlə dolu
bir portfeldən baĢqa. MaĢının salonu isti və rahat idi. Biz
ĢüĢəni bir-birimizə ötürərək növbə ilə tekila içirdik.
Yolları buz bağlamıĢdı.
– Bu içinə zibil olmuĢ buzun üstü ilə hər adam maĢın
sürə bilməz, – fransız dedi. – Nə etdiyini bilməyin lazımdır.