www.vivo-book.com
472
– Sən gəlib mənin rəqs studiyamı görməlisən, – o dedi.
– Mən rəqs edə bilmirəm.
– Bilərsiniz. Mən sizə öyrədərəm.
– Pulsuz?
– Əlbəttə. Sizin kimi iri bədənli birisi üçün sizin
ayaqlarınız çox çevikdir. Sizin gəziĢinizə baxmaqla mən
deyə bilərəm ki, siz gözəl rəqs edə bilərsiniz.
– Onda danıĢdıq. Sizin divanınızda da mən yatacam.
– Mənim çox gözəl bir mənzilim var. Amma yatmaq
üçün su yatağından baĢqa heç nəyim yoxdur.
– YaxĢı.
– Amma gərək sizin üçün yemək biĢirməyimə icazə
verəsiniz. Sağlam yemək.
– Qulağa çox xoĢ gəlir, – mən bir daha onun qıçlarına
baxdım. Sonra onun bir dizini oxĢadım. Onu öpdüm. O, bir
yalnız qadın kimi mənim öpüĢümə öpüĢlə cavab verdi.
– Sizcə, mən cazibədar qadınammı? – Liza soruĢdu.
– Hə, əlbəttə. Amma sizdə ən çox xoĢuma gələn cəhət
sizin üslubunuzdur. Sizdə nəsə yüksək bir çalar, nəsə yüksək
bir ahəng var.
|