www.vivo-book.com
470
O, üzünə çox az makiyaj sürtmüĢdü. QəĢəng idi.
Saçları dəbə uyğun və qısa kəsilmiĢdi.
Ona bir qədəh araq-7 təklif etdim və bir qədəh də özüm
üçün süzdüm. Çox sakit görünürdü. Onun üzündə bir
zamanlar çəkdiyi əzab-əziyyətin izlərini görmək olurdu –
yəqin həyatında bir – iki çətin dövrdən keçməli olub. Elə
mən özüm də.
– Sabah bir neçə kostyum almalıyam. Los-Ancelesdə
bir maqazin var, çox qeyri-adi maqazindir.
– Sizin əyninizdəki donu çox bəyəndim. Məncə, tam
qapalı geyinmiĢ qadın çox cazibəli olur. Əlbəttə, belə əyin-
baĢla qadının qaməti haqqında bir söz söyləmək çətin olur,
amma bu haqda mühakimə yürütmək mümkündür.
– Siz lap elə sizin haqqınızda düĢündüyüm kimisiniz.
Siz, ümumiyyətlə, heç nədən çəkinmirsiniz.
– Sağ olun.
– Siz mənə utancaq adam təsiri bağıĢlayırsınız.
– Bu mənim üçüncü qədəhimdir.
– Bəs dördüncü qədəhdən sonra nə baĢ verir?
|