www.vivo-book.com
466
Bədii qiraət haqqında demək olar ki, heç nə
xatırlamasam da, ertəsi gün yatağımda tək-tənha ayıldım.
Təxminən səhər saat 11-də Cou VaĢinqton qapımı döydü.
– Ey, dostum, bu sənin ən yaxĢı qiraətlərindən biri idi!
– Doğrudan? Sən məni dolamırsan ki?
– Əlbəttə, yox. Sən əla oxuyurdun. Al, bu da çek.
– Sağ ol, Cou.
– Sən Berrouzla tanıĢ olmaq istəmədiyinə əminsənmi?
– Əminəm.
– O bu gün axĢam qiraətlə çıxıĢ edəcək. Onun qiraətinə
qulaq asmaq üçün qalacaqsanmı?
– Yox, mən geri – Los-Ancelesə dönməliyəm, Cou.
– Onun qiraətinə heç qulaq asmısanmı?
– Cou, mən duĢ qəbul edib buradan sürüĢmək
istəyirəm. Sən məni öz maĢınınla hava limanına
apararsanmı?
– Əlbəttə.
Biz nömrəni tərk edəndə, Berrouz pəncərənin
yanındakı kreslosunda oturmuĢdu. O məni gördüyünü heç
biruzə vermədi. Bir anlıq ona baxdım və keçib getdim. Çek
|