www.vivo-book.com
465
ayıq görməmiĢəm. Masanın arxasında daha bir neçə nəfər
vardı. Onları tanımırdım.
– Cənab Çinaski?
Mənə yaxınlaĢan qısa ətəkli yaĢıl don geyinmiĢ qəĢəng
və Ģirin bir qız uĢağı idi.
– Buyurun?
– Bu kitabı mənim üçün imzalayardınızmı?
Bu mənim ilk Ģeir kitablarımdan biri idi. Həmin Ģeirləri
poçt idarəsində iĢlədiyim zaman yazmıĢdın – “Otağın və
Mənim Ətrafımda Dolanan” adlı Ģeir kitabı. Kitabı
imzaladım, bir rəsm cızdım və onu geri qaytardım.
– Ah, çox təĢəkkür edirəm!
Qız çıxıb getdi. Ətrafıma toplaĢmıĢ bu əclaflar mənim
hərəkət etmək Ģansımı məhv eləmiĢdilər.
Çox keçmədən masamızın üstündə 4, ya da 5 dənə pivə
qrafini peyda oldu. Mən özüm üçün bir buterbrod sifariĢ
etdim. 2-3 saat içdik, sonra mən öz nömrəmə qayıtdım.
Soyumaq üçün çanağa qoyduğum pivələri də içib bitirəndən
sonra yatağa girib yuxuladım.
|