www.vivo-book.com
464
– Hə, elədi.
– Hə, sən əsl MəsihsənmiĢ!
Daddli ilə Pol getdilər, Cou ilə mənsə çörək yemək və
içmək üçün yerli qəhvəxanaya girdik. Özümüz üçün boĢ bir
masa tapıb oturduq. Ġlk nəzərimizə çarpan Ģey
tanımadığımız insanların öz stullarını bizim masamıza tərəf
çəkmələri oldu. Hamısı da erkək. Nə zibilə düĢdük. Orada
bir neçə qəĢəng qız da vardı. Amma onlar, sadəcə, bizə
baxaraq gülümsəyirdilər, ya da bizə baxmır və
gülümsəmirdilər. Mən belə qərara gəldim ki, gülümsəməyən
qızlar qadınlara qarĢı göstərdiyim münasibətə görə mənə
nifrət edənlər idi. Qoy sikdirsinlər.
Cek Mitçel ilə Mayk Tafts da orada idilər. Onların hər
ikisi Ģairdi. Poeziyadan bir qara qəpik belə qazana
bilməsələr də, onların heç biri pul qazanmaq üçün heç bir
iĢlə məĢğul olmurdu. Onlar öz iradələrinin gücünə və verilən
sədəqələrin hesabına birtəhər həyatlarını sürdürürdülər.
Mitçel, həqiqətən də yaxĢı Ģair idi, amma bəxti gətirmirdi. O
daha yaxĢı həyata layiq idi. Sonra müğənni Blast Qrimly
içəri daxil oldu. Blast hər zaman sərxoĢ olardı. Onu heç vaxt
|