www.vivo-book.com
489
Biz yuyunub təmizləndik və yenə yastıqlarla Ģərabın
olduğu yerə döndük. Liza baĢını mənim dizimin üstünə
qoyub yuxuladı. Mən təxminən bir saat beləcə oturdum.
Sonra arxası üstə uzanaraq yuxuya getdim. Biz bütün gecəni
həmin yastıqların üstündə yuxuladıq.
Ertəsi gün Liza məni özünün rəqs studiyasına apardı.
Biz yolun qarĢı tərəfində yerləĢəm kafedən özümüz üçün
buterbrodlar və içki aldıq, onları özümüzlə onun studiyasına
apardıq və yedik. Bu, üçüncü mərtəbədə yerləĢən böyük bir
zal idi. Orada yalın döĢəmə, stereo avadanlıq və bir neçə
stuldan baĢqa heç nə yox idi. Yuxarıda isə, lap tavanın dibi
ilə kəndirlər çəkilmiĢdi. O iplərin nəyə lazım olduğu haqda
heç bir fikrim yox idi.
– Sənə rəqs etməyi öyrədimmi? – o məndən soruĢdu.
– Bilirsən, mən indi rəqs edəsi ovqatda deyiləm, – deyə
cavab verdim.
Növbəti gündüzlər və gecələr də elə buradakı ilk
günümdən fərqli olmadı. Nə pis deyə bilərdim, nə yaxĢı. Su
yatağında bir balaca təcrübə qazanmağıma baxmayaraq,
|