www.vivo-book.com
487
Hava qaralırdı və biz onun mənzilinə qayıtdıq. Liza bir
ĢüĢə Ģərab çıxardı və biz yenə yastıqların üstündə oturduq.
Liza pəncərənin qapaqlarını açdı və biz gecə səmasına
tamaĢa etməyə baĢladıq. ÖpüĢməyə baĢladıq. Sonra bir az
içdik. Və yenə bir az öpüĢdük.
– Sən nə zaman öz iĢinə qayıdacaqsan?, – mən ondan
soruĢdum.
– Sən mənim iĢə getməyimi istəyirsən?
– Yox, amma sən dolanmaq üçün iĢləməlisən axı.
– Bəs sən özün necə, sən də iĢləmirsən.
– Niyə ki, müəyyən mənada iĢləyirəm.
– Demək istəyirsən ki, sən yazmaq üçün yaĢayırsan?
– Yox, mən, sadəcə, öz mövcudluğumu sürdürürəm.
Bir müddət keçəndən sonra isə xatırlamağa çalıĢıram və bəzi
Ģeyləri qələmə alıram.
– Mən öz rəqs studiyamı həftədə yalnız üç gün
iĢlədirəm.
– Bu üsulla da dolana bilirsən?
– Hələlik məndə alınır.
|