www.vivo-book.com
493
– Bir dəqiqə, – deyə qıĢqırdım. Əynimə xalatımı
geyinəndən sonra qapını açdım.
– Biz Almaniyadan gəlmiĢ iki qızıq. Sizin kitablarınızı
oxumuĢuq.
Birisinin 19, digərinin isə, bəlkə də, 22 yaĢı olardı.
Mənim bir neçə kitabım Almaniyada məhdud tirajla
nəĢr edilmiĢdi. Özüm 1920-ci ildə Almaniyanın Andernax
Ģəhərində doğulmuĢdum. UĢaqlıq dövründə yaĢadığım evi
indi fahiĢəxanaya çevirmiĢdilər. Alman dilində danıĢa
bilmirdim. Amma, əvəzində, onlar ingilis dilində danıĢa
bilirdilər.
– Ġçəri gəlin.
Onlar içəri keçib divanda əyləĢdilər.
19 yaĢı olan qız dedi:
– Mənim adım Hildadır,
– Mən isə Gertrudayam, – bunu 22 yaĢlı qız söylədi.
– Mən də Henkəm.
– Bizim fikrimizcə, sizin kitablarınız həm çox kədərli,
həm də çox məzəlidir, – Gertruda.
– Çox sağ ol.