www.vivo-book.com
515
– Bir müddət kokain qəbul etmiĢəm, amma onun
sonrakı ağrılarına dözə bilmirdim. Ertəsi gün mətbəxə
keçməyə qorxurdum. Çünki orada mətbəx bıçağı vardı. Bir
də ki, hər gün 50 – 70 dollar bu zibilə pul xərcləmək mənim
cibimə görə deyildi.
– Məndə bir az kokain də var.
– Mən pas.
O hərəmizə bir qədəh də Ģərab süzdü.
Bilmirən niyə, amma hər dəfə yeni bir qadınla
qarĢılaĢanda, özümü qadınla ilk dəfə görüĢürmüĢ kimi hiss
edirdim. Elə bil həyatımda heç vaxt qadınla olmamıĢdım.
Kessini öpdüm. Onu öpərkən, bir əlimi uzun saçlarının içinə
saldım.
– Musiqiyə qulaq asmaq istəyirsənmi?
– Yox, lazım deyil.
– Sən Di Di Bronsonu tanıyırsan, elə deyilmi? – Kessi
soruĢdu.
– Hə, tanıyırdım, amma ayrılmıĢıq.
– Onun baĢına nə gəldiyindən xəbərin varmı?
– Yox.
|