www.vivo-book.com
511
üstündən düĢdüm, Kessiyə xeyirli gecələr arzuladım və
içimdə qaynayan günahkar hisslərlə yuxuya getdim.
Səhərisi gün yuxudan ayılanda xəcalət çəkirdim. Elə
bilirdim ki, Kessini bir daha heç vaxt görməyəcəyəm. Biz
durub əynimizi geyindik, səhər saat 10 olardı. Biz “MQ”-nin
yanına çatıb ona mindik. Nə mən, nə də o danıĢırdı. Özümü
əbləh kimi hiss edirdim. Amma deyəcək bir söz tapa
bilmirdim. Biz “Ulan”a çatdıq. Folksvagen orada durmuĢdu.
– Hər Ģeyə görə çox sağ ol, Kessi. Çinaski haqqında
yaxĢı Ģeylər düĢün.
O mənə cavab vermədi. Mən uzanıb onun yanağından
öpdüm və maĢından düĢdüm. Kessi isə “MQ”-si ilə məni
orda qoyub getdi. Əslində, Lidiya da mənə tez-tez belə
deyərdi: “Əgər içmək istəyirsənsə, iç; yox əgər qayrıĢmaq
istəyirsənsə, onda içki ĢüĢəsini bir kənara at getsin”.
Amma mənim problemim onda idi ki, mən bunların hər
ikisini istəyirdim.
Dostları ilə paylaş: |