www.vivo-book.com
508
getdikcə daha çox qızıĢır, azğınlaĢır və həyəcanlanırdı.
Gözəl anların yaranmasına bəzən onlar, bəzən isə mən səbəb
olurdum. Çox vaxt da, əlbəttə ki, mən. Bu peĢəkar rinqə
çıxmağa çox bənzəyir: onlara nəsə borclu olduğunu hiss
etməliydin, yoxsa ora çıxa bilməzdin. Mən yumruqlar atır,
yerimi dəyiĢir, fəndlərə əl atırdım. Sonuncu raundda isə
tamamilə açılıĢdım və hakimi nokauta göndərdim. TamaĢa
elə tamaĢadır. Keçən gecə nəyi var vurduğuma görə, mənim
bu gecəki uğurum onlara təəccüblü gəlməliydi. Ən azından,
mənim özüm üçün, heç Ģübhəsiz, təəccüblü idi.
Kessi barda oturub gözləyirdi. Sara isə cibimə öz
telefon nömrəsi ilə birlikdə qısa bir sevgi məktubu
soxuĢdurdu. Debra onun kimi yaradıcı deyildi – o, sadəcə,
öz telefon nömrəsini bir parça kağıza yazıb mənə verdi. Bir
anlıq, nə qədər qəribə də olsa, mən Katrina haqqında
düĢündüm, sonra isə Kessiyə bir qədəh içki aldım. Katrinanı
bir daha görməyəcəkdim. Mənim balaca texaslı qızım,
gözəllər gözəli. Əlvida, Katrina.
|