www.vivo-book.com
506
– Yox.
– Nə üçün?
– Çox məĢum və çox ciddidir. YaxĢı yazardır,
cümlələri də əladır. Lakin onun üçün həyat hər zaman total
müharibədən ibarət olub. O heç vaxt öz hisslərinə sərbəstlik
verməyib, heç vaxt rəqs etməyib.
Onlar öz bloknotlarını da bağlayıb aradan çıxdılar. Çox
təəssüf. Elə indicə onlara mənə həqiqətən təsir etmiĢ
müəllifləri Geybl, Keqni, Boqart və Errol Flin olduğunu
söyləməyə hazırlaĢırdım.
Bundan sonra yadımda qalan yalnız odur ki, mən Sara,
Kessi və Debra adlı üç gözəl qadınla bir masanın arxasında
oturmuĢdum. Saranın 32 yaĢı vardı, əla qadındı, yaxĢı tərzi
və mərhəmətli ürəyi vardı. Onun açıq sarıĢın rəngli uzun
saçları çiyinlərindən aĢağı tökülürdü. Bir az vəhĢi, bir az da
dəlisov gözləri vardı. Onun üzündə kifayət qədər səmimi
Ģəfqət ifadəsi də hiss olunurdu və deyəsən, bu onun üçün
dəyərliydi. Debra yəhudi idi, onun iri qonur gözləri, iri ağzı
vardı, dodaqlarına qalın çəkdiyi qan kimi qırmızı boya par-
par iĢıldayırdı. Onun alıĢıb yanan ağzı məni özünə tərəf
|