www.vivo-book.com
504
bəxtimə güvənərək çıxırdım. Amma həmin gecə bəxtim
yavər getmədi. Məncə, Temminin orada olmaması məni
narahat edirdi. Evə qayıdandan sonra ona zəng vurdum.
Telefona anası cavab verdi.
– Sizin qızınız, – mən ona dedim, – YARAMAZDIR!
– Henk, mən bu boĢboğazlığa qulaq asmaq istəmirəm.
Qadın dəstəyi asdı.
Növbəti gecə mən təkbaĢına getdim. Barda bir masanın
arxasında oturub içirdim. Masama yaĢlı və nəcib bir qadın
yaxınlaĢıb özünü təqdim etdi. Qadın ingilis ədəbiyyatından
dərs deyirdi və bu gecəyə öz Ģagirdlərindən, Nensi Friz adlı
tosqun bir qızı da gətirmiĢdi. Nensi, deyəsən, hövrə
gəlmiĢdi, axıdırdı. Onlar sinif üçün bəzi suallara cavab
verməyə razı olub-olmayacağımı öyrənmək istəyirdilər.
– BaĢlayın görək.
– Sizin sevimli müəllifiniz kimdir?
– Fante.
– Kim?
– Con F-a-n-t-e. “Tozda soruĢ”. “Bahara qədər gözlə,
Bandini”.
|