www.vivo-book.com
509
– Bura bax, Kessi, sən məni evimə apara bilərsənmi?
Çox içmiĢəm maĢını idarə edə bilmərəm. Əgər məni bir dəfə
də sükan arxasında sərxoĢ halda saxlasalar, iĢim bitdi.
– YaxĢı, mən səni evə apararam. Sənin maĢının varmı?
– Qoy cəhənnəm olsun. Onu burda qoyacam.
Biz onun “MQ”-si ilə yola düĢdük. Lap konifilmdəki
kimi. Mənə elə gəlirdi ki, istənilən vaxt o məni növbəti
döngələrin birində maĢından düĢürə bilər. O iyirmi yaĢını
yenicə keçmiĢ olardı. MaĢını idarə edə-edə Kessi mənimlə
söhbət edirdi. O bir musiqi Ģirkətində iĢləyirdi. Özü də
iĢindən çox razı idi. ĠĢə saat 10:30-dan tez gəlmək tələb
olunmurdu. Günortadan bir az keçmiĢ, yəni saat 15.00-dasa
iĢdən çıxırdı.
– Pis deyil, – o dedi, – mənim xoĢuma gəlir. Mən
adamları iĢə götürə və iĢdən çıxara bilərəm. Vəzifəmi də
artırıblar. Amma indiyə qədər heç kimi iĢdən çıxarmalı
olmamıĢam. ĠĢçilərimiz yaxĢı insanlardır. Ona görə də
iĢimiz yaxĢı alınır. Biz artıq bir neçə dahiyanə vallar
buraxmıĢıq...
|