www.vivo-book.com
535
asılmıĢdı – qara uzun saçlar, standart, qəĢəng sima, amma bu
simadan adı səfehlik də özünü büruzə verirdi. Özünü ağ
diĢlərini göstərərək mənə gülümsəyirdi. Rəngi qaçmıĢ
diĢlərimdən nə qalmıĢdısa, onları fırçaladım. Debra sözarası
keçmiĢ ərinin psixoterapevt olduğunu demiĢdi.
Mən çıxandan sonra, Debra da duĢ qəbul etdi. Mən
özüm üçün balaca bir qədəhə Ģərab süzdüm və kresloya
oturub pəncərədən bayıra baxmağa baĢladım. Birdən yadıma
düĢdü ki, keçmiĢ rəfiqəmə uĢaq üçün pul yollamağı
unutmuĢam. Eh, eybi yoxdur. Bazar ertəsi göndərərəm.
Playa del Reydə özümü çox rahat hiss edirdim. Mənim
yaĢadığım darısqal və çirkli həyətdən kənara çıxmaq adama
yaxĢı təsir edirdi. Məhəlləmizdə bir qarıĢ belə kölgəli yer
yox idi və günəĢ öz Ģüaları ilə bizi amansızcasına yandırırdı.
Hamımız bu ya da digər formada divanə idik. Hətta itlər və
piĢiklər də dəli idilər, quĢlar da, qəzet satan uĢaqlar və
fahiĢələr də.
ġərqi Hollivudda yaĢayan bizlər üçün tualetlər heç
zaman düzgün iĢləməyib və ev sahibinin yarı qiymətə
tutduğu su kəməri iĢçisi onu heç vaxt lazım olduğu kimi
|