www.vivo-book.com
533
Ertəsi gün Ģənbə idi və Debra bizim üçün səhər yeməyi
hazırlamıĢdı.
– Bu gün bizimlə əntiq əĢyalar ovuna gəlirsənmi?
– YaxĢı, gəlirəm.
– BaĢın ağrıyırmı? Xumarlığın varmı?
– Elə də yox.
Biz bir müddət danıĢmadan qəhvəaltımızı etdik, sonra
isə birdən Debra dedi:
– “Ulan”dakı bədii qiraətini çox bəyəndim. Sən sərxoĢ
olsan da, hər Ģeyi çox aydın Ģəkildə tamaĢaçılara çatdıra
bildin.
– Bəzən yaxĢı alınmadığı vaxtlar da olur.
– Bir də haçan qiraətlə çıxıĢ etməyə hazırlaĢırsan?
– Bir nəfər Kanadadan zəng vurmuĢdu. Onlar pul
yığmağa çalıĢırlar.
– Kanada! Mən də səninlə gedə bilərəmmi?
– Baxarıq.
– Bu gün də qalacaqsanmı?
– Sən qalmağımı istəyirsənmi?
– Hə.