www.vivo-book.com
719
özünün ən yaxın rəqibini iki korpus yarım arxada qoymuĢdu
və ona qoyduğum hər 2 dollar üçün 10.20 dollar
qazanmıĢdım. Cəmi uduĢum 25.50 dollar idi.
– Gəl özümüz üçün içməyə nəsə alaq, – mən Tanyaya
dedim. Bütün Cənubi Kaliforniyada ən yaxĢı “Qanlı Meri”
kokteylini buranın barmeni düzəldir.
Biz bara getdik. Barda Tanyadan Ģəxsiyyət vəsiqəsini
tələb etdilər. Ġçkilərimizi aldıq.
– Növbəti yarıĢda qaçan atlardan hansı xoĢuna gəlir?
– Zaq-Ziq.
– Səncə, o qalib gələcək?
– Sənin iki məmən var?
– Sən görmüsən?
– Hə.
– Qadınlar tualeti hansı tərəfdədi?
– Belə get, iki dəfə sağa dönərsən.
Tanya gedən kimi mən bir qədəh də QM sifariĢ etdim.
Qara dərili bir kiĢi mənə yaxınlaĢdı, onun təxminən 50 yaĢı
olardı.
– Henk, dostum, iĢlərin necə gedir?
|