www.vivo-book.com
99
– Hə, ümid edirəm ki, vaxtını xoĢ keçirmisən, – mən
dedim və dəstəyi asdım.
Dəstəyi asmağımla telefonun yenə zəng çalması bir
oldu. Bu dəfə zəng vuran Marvin idi.
– Ey, tap görüm dünən gecədən bir xeyli keçmiĢ bizə
gələn kim idi? Lidiya. O mənim pəncərəmi döydü, mən də
onu içəri buraxdım. O mənim Ģeyimi durğuzdu.
– YaxĢı, Marvin. Mən hər Ģeyi baĢa düĢürəm. Səni də
günahlandırmıram.
– Sən mənə qəzəblənmirsən?
– Sənə yox.
– Onda sağ ol...
Mən kəllə heykəlini götürüb maĢınıma qoydum. MaĢını
düz Lidiyanın evinin qabağında saxladım və kəlləni onun
qapısının qabağına qoydum. Heç qapının zəngini də
basmadım. Elə ordan uzaqlaĢmaq istəyirdim ki, qapıdan
Lidiya çıxdı.
– Sən niyə belə haramzadasan axı? – Lidiya dedi.
Mən geri çevrildim.
|