www.vivo-book.com
101
Daha Lidiyaya o qədər də acığım tutmurdu. MaĢından
çıxdım və qapıya tərəf getdim. O, kəlləmin heykəlini evə
aparmıĢdı. Qapını döydüm. Lidiya qapını açdı.
– Bura bax, – mən dedim, – bəlkə sən cadugərsən?
– Yox, mən fahiĢəyəm, unutmusan?
– Sən məni evimə aparmalısan. Mənim maĢınım ancaq
dal-dalı gedir. Elə bil bu lənətə gəlmiĢ dəmir yığınına cadu
oxuyublar.
– Sən nə danıĢırsan, ciddisən?
– Mənimlə gəl, indi sənə göstərərəm.
Lidiya mənim arxamca maĢının yanına gəldi.
– Sürət qutusu normal iĢləyirdi. Sonra birdən maĢın
ancaq geriyə getməyə baĢladı. Mən evə dal-dalı getmək
fikrindəydim.
MaĢına mindim.
– Ġndi özün bax.
Mühərriki iĢə saldım və sürət ötürücüsünün rıçaqını
birinci pilləyə keçirib muftanı buraxdım. MaĢın qəfildən
irəli atıldı. Rıçaqı ikinci pilləyə keçirdim. Rıçaq keçən kimi
maĢın daha sürətlə hərəkət etməyə baĢladı. Sonra üçə atdım,
|