www.vivo-book.com
103
məcburiyyətində qalmıĢdı. Lidiya ilə birlikdə bu evdə
Tonto, Liza və onların Baqbatt adlı iti yaĢayırdı. Los
Ancelesdəki ev sahiblərinin böyük əksəriyyəti qapıdan eyni
niĢanı asırdılar: YALNIZ YETKĠNLƏR ÜÇÜN. Ġki balaca
uĢaq və itlə ev tapmaq çox müĢkül bir iĢ idi. Yalnız
Lidiyanın cazibədarlığı onun karına gələ bilərdi. Deməli,
bizə erkək ev sahibi lazım idi.
Onları maĢınıma mindirib bütün Ģəhəri gəzdirdim. Heç
bir xeyri olmadı. Çox yerdə mən gözə görünməmək üçün
maĢından düĢmürdüm. Amma bu priyomum da iĢə
yaramadı. Biz maĢınla Ģəhəri gəzərkən, Lidiya pəncərədən
qıĢqırırdı:
– Bu Ģəhərdə iki uĢağı və bir iti olan bir qadına evini
kirayə verəcək bir kimsə varmı?
Gözlənilmədən mənim yaĢadığım həyətdə bir boĢ ev
tapdıq. Ġnsanların köçdüyünü gördüm və dərhal gedib missis
O'Kif ilə danıĢdım.
– Missis O'Kif, – dedim, – mənim rəfiqəmə ev
lazımdır. Onun iki uĢağı və bir iti var, amma onlar hamısı