www.vivo-book.com
104
çox tərbiyəlidirlər və özlərini yaxĢı aparacaqlar. Onlara
icazə verərsinizmi bu evə köçsünlər?
– Mən o qadını görmüĢəm, – missis O'Kif dedi. – Onun
gözlərinə diqqət vermisənmi? O dəlidir axı.
– Onun dəli olduğunu mən də bilirəm, amma onun bu
vəziyyətinə biganə qala bilmərəm. Onun çox gözəl
xüsusiyyətləri də az deyil, həqiqi sözümdü.
– O sənin üçün çox cavandı! O cür cavan qadın sənin
nəyinə lazımdı?
Bu sözləri eĢidəndə güldüm.
Mister O'Kif arxadan arvadına yaxınlaĢdı və setkalı
qapıdan mənə baxdı.
– O, am dəlisidir, vəssalam. Burda çətin baĢa düĢüləsi
nə var ki, o am dəlisidir.
– YaxĢı, bəs ev necə olacaq? – mən soruĢdum.
– YaxĢı.., yaxĢı, – mister O'Kif dedi. – Gətir onu...
Beləliklə, Lidiya bir qoĢqu kirayələdi və mən onu təzə
evə köçürdüm. Onun əĢyaları əsasən, pal-paltardan,
düzəltdiyi baĢ heykəlləri və bir də böyük bir paltaryuyan
maĢından ibarət idi.
|