www.vivo-book.com
112
– Sənin qadınlarla rəftarında heç bir problem yoxdur, –
Di DĠ dedi. – Və sən son dərəcə də gözəl yazıçısan.
– Ondansa, qadınlarla yaxĢı ünsiyyət qura bilməyə
üstünlük verərdim.
Di Di bir siqaret yandırdı. O, siqareti çəkib bitirincəyə
qədər gözlədim, sonra masanın üstündən uzanıb onu öpdüm.
– Sən mənim ovqatımı düzəltdin. Lidiya isə daim mənə
hücumlar edirdi.
– Bu heç də sənin düĢündüyün mənaya gəlmir.
– Lakin o xoĢagəlməz də ola bilər.
– Əlbəttə xoĢagəlməz ola bilər.
– Özünə bir sevgili tapmısanmı?
– Hələ yox.
– Bura mənim xoĢuma gəlir. Bəs buranı belə tər-təmiz
saxlamağa necə müvəffəq olursan?
– Biz evimizdə qulluqçu saxlayırıq.
– Hə?
– O sənin xoĢuna gələcək. O iricüssəli bir zənci
qadındır və mən gedəndən sonra ev iĢlərini bacardığı qədər
tez bitirir. Sonra o, yatağa girir və peçenye yeyə-yeyə
|