www.vivo-book.com
110
saçları qısa kəsilmiĢ, yəhudi və bir az da havalı bir qadın idi.
Onun bütün iĢləri Nyu-York ilə əlaqəli idi və lazımlı
adamların hamısını adbaad tanıyırdı: lazımlı nəĢriyyatçıları,
ən yaxĢı Ģairləri, ən istedadlı karikaturaçı rəssamları, lazımlı
inqilabçıları, kimi istəsən, hamını. O aramsız olaraq ot çəkir
və özünü 1960-cı illərdə yaĢayırmıĢ kimi aparırdı. Təbii ki,
həmin zamanlarda o daha məĢhur və daha gözəl idi.
Heç bir yaxĢı nəticə ilə sonuclanmayan sevgi
macəralarının uzun silsiləsi onun axırına çıxmıĢdı. Ġndi isə
onun qapısında mən dayanmıĢdım. Bədəni hələ də öz
gözəlliyini tam itirməmiĢdi. Balacaboy olsa da, forması çox
gözəgəlimli idi və gənc qızların bir çoxu onun bədən
formalarına sahib olmaq üçün çox Ģeylərindən keçərdilər.
Onun arxasınca evə daxil oldum.
– Deməli, Lidiya ilə ayrılmısız? – Di Di məndən
soruĢdu.
– Mənə elə gəlir ki, o, Yutaya gedib. Mulzheddə 4 Ġyul
Ģərəfinə keçirilən rəqslərin baĢlamasına az qalıb. O heç vaxt
bu rəqsləri buraxmır.