www.vivo-book.com
108
– O bir qoĢqu kirayələdi və bütün əĢyalarını ona
yüklədi. Qəzəbindən az qalmıĢdı ağlını itirsin. Onun böyük
paltaryuyan maĢınını görmüsən də?
– Bəli.
– O zibil deyəsən çox ağırdı axı. Mən özüm onu heç
yerindən tərpədə bilməzdim, amma o öz oğluna kömək
eləməyə də qoymadı. O, paltaryuyanı təkbaĢına qaldırıb
qoĢquya yüklədi. Sonra uĢaqları, iti də götürdü və maĢınını
sürüb getdi. Mənə əvvəlcədən ödədiyi həftənin pulu da
qaldı.
– Oldu, missis O'Kif. Çox sağ olun.
– Bu gecə bizimlə içməyə gələcəksənmi?
– Hələ bilmirəm.
– Gəlməyə çalıĢ.
Qapını açdım və evə daxil oldum. Ona öz
kondisionerimi ödənc vermiĢdim. Ġndi o, Ģkafın yanındakı
stulun üstündə dururdu. Onun üstünə bir mesaj və bir də qısa
mavi tuman qoyulmuĢdu. Ġsmarıcda əyri-üyrü xəttlə
yazılmıĢdı:
|