www.vivo-book.com
111
Di Di bizim üçün qırmızı Ģərab açdı. Mən keçib yemək
üçün ayrılmıĢ küncdə oturdum.
– Onun üçün darıxırsanmı?
– Ġlahi, hə. Az qalıram ağlayam. Mənim bütün içalatım
çeynənib. Bəlkə də bu vəziyyətdən salamat çıxmadım.
– Çıxarsan, çıxarsan. Biz sənə Lidiyanı unutmağa
kömək eləyərik. Biz səni bu vəziyyətdən dartıb çıxararıq.
– Onda belə çıxır ki, sən mənim nə hisslər keçirdiyimi
bilirsən?
– Bizim hamımızın baĢına belə Ģeylər gəlib, özü də bir
neçə dəfə.
– Ondan baĢlayaq ki, o qancıq məni heç vaxt vecinə
almayıb.
– Səhv edirsən, o səni vecinə alıb. Hətta indi də o səni
vecinə alır.
Mən belə qərara gəldim ki, Di Dinin Hollivud
Təpələrindəki böyük evində olmaq öz evimdə təkbaĢına kürt
toyuq kimi yumurtaların üstündə oturmaqdan yaxĢıdır.
– Belə çıxır ki, qadınlarla o qədər də yaxĢı davrana
bilmirəm, – mən dedim.
|